AZ EN

Narı birlikdə böyüdürük

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) — nar sektorunu vahid strategiya ətrafında birləşdirən aparıcı İctimai Birlikdir.

İstehsaldan ixraca qədər bütün dəyər zəncirini əhatə edərək, yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət gücünü artırmağa çalışırıq. Assosiasiya 500-dən çox fermer, emalçı və ixracatçı üzvü bir araya gətirir.

Azərbaycan narını qlobal bazarda layiqincə təmsil etmək, "Made in Azerbaijan" brendi altında sahənin davamlı inkişafına töhfə vermək məqsədimizdir.

Ətraflı
190 000+

Ton illik istehsal

25+

İxrac bazarı (ölkə)

500+

Üzv — güclü şəbəkə

23 000

Ha ümumi əkin sahəsi

7+

Nar məhsulu çeşidi

1 2 3 4 5 İstehsal dəstəyi Keyfiyyət və sertifikasiya Qablaşdırma və logistika İxrac və bazarlar Fermerdən bazara

NİYƏ AZƏRBAYCAN NARI?

Minillik ənənə, müasir keyfiyyət

2000 illik irs

Nar Azərbaycan mədəniyyətinin ayrılmaz simvolu, bolluq və bərəkət rəmzidir.

Unikal sortlar

Gülövşə, Vələs, Qırmızı qabıq, Bala mürsəl, Çəhrayı gülövşə, Şahnar, Qırmızı gülövşə, Şelli mələsi — yerli sortlar dadı, rəngi və keyfiyyəti ilə seçilir.

Təbii üstünlük

Əlverişli iqlim, münbit torpaq və bol günəş narçılıq üçün ideal şərait yaradır.

Zəngin tərkib

Antioksidantlar, C vitamini və minerallarla zəngin tərkibi sayəsində yüksək qida və sağlamlıq dəyərinə malikdir.

Xəbərlər

Son yeniliklər

Bizə qoşulun

ANİİA ailəsinə xoş gəlmisiniz

Müraciətiniz 3 iş günü ərzində nəzərdən keçiriləcək. Əlavə suallar üçün: info@aniia.az | +994 12 510 29 29