Haqqımızda

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) — nar sektorunu vahid strategiya ətrafında birləşdirən aparıcı İctimai Birlikdir.

İstehsaldan ixraca qədər bütün dəyər zəncirini əhatə edərək, yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət gücünü artırmağa çalışırıq. Assosiasiya 500-dən çox fermer, emalçı və ixracatçı üzvü bir araya gətirir.

Azərbaycan narını qlobal bazarda layiqincə təmsil etmək, "Made in Azerbaijan" brendi altında sahənin davamlı inkişafına töhfə vermək məqsədimizdir.

Missiyamız

Azərbaycan narının istehsalını, emalını və ixracını inkişaf etdirmək, narçıların rifahını yüksəltmək və ölkəmizin bu qədim məhsulunu dünya bazarlarında tanıtmaq.

Vizyonumuz

Azərbaycan narını qlobal bazarın tanınmış brendinə çevirmək və ölkəmizi dünyanın aparıcı nar ixracatçıları sırasına çıxarmaq.

~190.000 ton
25+ ölkə ixrac bazarı (ölkə)
500+ üzv — güclü şəbəkə
23 000+ ha ümumi əkin sahəsi
35 fəxri üzv
7+ nar məhsulu çeşidi

Xidmətlərimiz

ANİİA narçılıq sahəsində tam dövrü əhatə edən xidmətlər göstərir:

İstehsal və aqrotexnika

  • Yüksək istehsal texnologiyalarının tətbiqi
  • Keyfiyyətli şitillik və patentləşdirilmiş nar tinglərinin təmini
  • Damcılı suvarma sistemlərinin tətbiqi
  • Orqanik gübrələmə metodlarına keçid
  • Zərərvericilərə qarşı mübarizə üzrə maarifləndirmə

Məhsul yığımı və emal

  • Qabaqcıl yığım texnologiyaları
  • Çeşidləmə, qablaşdırma və etiketləmə standartları üzrə təlimlər
  • Soyuducu anbarlarda saxlanma üzrə texniki dəstək

İxrac və bazarlara çıxış

  • Global GAP, Orqanik, Bio sertifikatların alınmasında dəstək
  • Logistika üzrə məsləhət xidmətləri
  • Beynəlxalq sərgilərdə təmsilçilik
  • "Azərbaycan Narı" brendi altında vahid satış platforması

Fəaliyyət istiqamətlərimiz

İstehsal dəstəyi

Müasir aqrotexniki yanaşmalar, suvarma, gübrələmə, dərmanlama və budama üzrə maarifləndirmə tədbirləri.

Keyfiyyət və sertifikasiya

Global G.A.P., orqanik və beynəlxalq standartlara uyğun istehsal, fitosanitar sertifikatı və digər ixrac prosedurlarına müvafiq sənədlər haqqında maarifləndirmə.

Qablaşdırma və logistika

Məhsulun düzgün çeşidlənməsi, saxlanması, qablaşdırılması və effektiv logistika həlləri.

İxrac və bazarlar

Yeni bazarlara çıxış, strateji tərəfdaşlıqlar və brendin qlobal tanıdılması, dövlət-özəl tərəfdaşlığı.

Fermerdən bazara

Bağdan başlayaraq qablaşdırma və ixraca qədər uzanan vahid dəyər zənciri — prosesin hər mərhələsində keyfiyyətin qorunub-saxlanması.

Birgə düşüncələr

Azərbaycan zəngin təbiətə malik ölkədir. Meyvələrin şahı sayılan nar isə bu torpağın ən dəyərli nemətlərindən biridir. Aran bölgəsinin kontinental iqlimi — gündüzün bol günəşi və Qafqaz dağlarından gələn sərin gecə küləyi — narımıza dünyanın heç bir yerində rast gəlinməyən özünəməxsus dad bəxş edir.

Qədim dövrlərdən bu günə kimi xalçaçılıq, rəssamlıq, heykəltəraşlıq, kulinariya və incəsətən digər bütün sahələrində nar təsviri bizim mədəni kimliyimizin bir parçası kimi təbliğ olunur.

ANİİA olaraq missiyamız bu milli sərvəti dünyaya layiqincə tanıtmaqdır. Hər bir nar istehsalçısını və ixracatçısını assosiasiyamıza qoşulmağa, məhsulumuzun xarici bazarlardakı layiqli yerini birlikdə qazanmağa dəvət edirəm.

Fərhad Qaraşov

"Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin
İdarə Heyətinin sədri