Fərhad Arif oğlu Qaraşov
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri
Fərhad Qaraşov 12 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1993–2003-cü illərdə Bakı şəhəri 248 nömrəli tam orta məktəbdə təhsil almışdır.
2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr, 2007–2010-cu illərdə isə həmin universitetdə “Beynəlxalq ticarət” ixtisası üzrə magistr təhsili almışdır.
2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında hərbi xidmət keçmişdir.
2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alaraq ikinci ali təhsilini başa vurmuşdur.
2016–2017-ci illərdə Böyük Britaniyanın Anglia Ruskin Universitetində biznesin idarə edilməsi üzrə MBA (Master of Business Administration) dərəcəsi almışdır.
Peşəkar və ictimai fəaliyyəti
2009–2017-ci illərdə Azərbaycan Beynəlxalq Bankında və Kapital Bankda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təsisçisi, Müşahidə Şurasının sədridir.
2018–2024-cü illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədri olmuşdur.
2020–2023-cü illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın katibi vəzifəsini icra etmişdir.
2020–2025-ci illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü olmuşdur.
2021-ci ildən etibarən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvüdür.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvüdür.
Türk Ticarət və Sənaye Palataları Birliyinin Audit Komitəsinin üzvüdür.
Dövlət təltifi
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə sahibkarlığın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.